AZ

Folklor türkün milli mədəni irsi kimi

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

AZƏRTAC türk xalqların folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan silsilə yazıları davam etdirir

Bakı, 20 noyabr, AZƏRTAC

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımov AZƏRTAC-a açıqlamasında türk folklor irsindən bəhs edib. Onun fikirlərini oxucularımızla bölüşürük.

İrs kəlməsi ərəb mənşəlidir. Əvvəlki dövrlərdən, yüzilliklərdən, böyük şəxsiyyətlərdən qalmış mədəniyyət əsərlərinə də deyilir. Mədəni irs dedikdə, eyni zamanda, mədəniyyət, dəyərlər və adət-ənənələrdən bəhs edilir. Türk xalqlarının milli mədəni irsi içərisində folklor örnəkləri aparıcı yer tutur. Bu irs kollektiv zəhmətin məhsulu kimi ortaya çıxmış incidir, xəzinədir. Bu yaradıcılıq onların təşəbbüskarlığını, novatorluğu, gələcək ideallarl və həyata nikbin münasibətlərini ifadə edir.

Nəsillərin yaddaşı türklərin folklor mədəniyyəti ilə də köklənir. Bizə elə gəlir ki, folklor canlı bir tarixdir, muzeydir. Bu tarix içərisində tükün dili, ilk nitq örnəkləri gizlənib:

Tokuş içre uruştım

Uluğ birle karıştım

Töküz atın yarıştım

Aydım: Emdi al Utar

Bu, “Alp-ər Tunğa” dastanından bir parçadır.

Müasir mənası: Savaş içində vuruşdum. Ulularla (böyüklərlə) bir oldum. Töküz (yaxşı qaçan at) at ilə yarışdım. Dedim al Utar (ad)

Folklor türk etnoslarının tarixən həyat eşqi, dünyagörüşü, mənəviyyatı olub. Ümumtürk mədəniyyətimizin bir qolu olan bu irsdə onların əyilməz ruhu, bitib-tükənməyən daxili enerjisi cəmlənib. Qüdrətli bir həyat eşqinin müdrik toplusu olan türk folklor irsində onlarln keşməkeşli tarixi, coğrafiyası ilə bir vaxtda formalaşıb, zaman-zaman, qətrə-qətrə zənginləşib və püxtələşib. Zamanın çətin və mürəkkəb sınağından çıxmış bu dəyərli irsdə - əski sözlərdə, manilərdə, bayatılarda, türkülərdə, şarkılarda, fıkralarda (lətifələrdə), məsəllərdə (nağıllarda), dastanlarda, aşıq yaradıcılığında və s. xalq taleyin amansız hökmünə qarşı özünün daxili əzablarını, duyğularını ifadə etmişdir: Qızım seni beşiginde tanurum. Oğlun merdligi elin dar gününde tanınar...

Sürgün olunmuş türklərin ən böyük dərdi Vətəndir. Vətən əl çatmayan bir varlıq, obrazlı şəkildə kiçildilmiş bir gözəl qızın yanağındakı qara bir xal:

Bir gözəlin yanağında,

Bir qaraca xaldur Vətən

Bin bir çiçəkdən yapılmış

Bir yapus xas baldur Vətən...

Folklor irsində illərlə vətənsizliyin, sürgünlərin qəhrindən olmazın zülmlər görmüş, müsibətlər çəkmiş qərib soydaşlarımızın Vətən həsrəti, torpaq niskili böyük ümidlərlə yada salınır:

Vətən deyib ağladım,

Yürəgimi dağladlm.

Dedilər, yol açılır,

Ümidə bel bağladım.

Bu və ya digər şifahi xalq örnəkləri türkün yüzilliklər boyu nəsildən-nəsilə ötürülən irsidir, milli sərvətidir. Bunlar nəsillər arasında əlaqə, bağ yaradır.

Bəli, türk bu gün də öz mədəni irsini qoruyur. Ona görə ki, həmin irs türkün tarixidir, etnogenezidir, mədəniyyətidir, adət-ənənəsidir, özünəməxsusluğudur.

Bu irsi qoruyub gələcək nəsillərə çatdırmaqla biz qürur duyuruq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
azertag.az

2Mənbələr