AZ

ABŞ dövlət katibi Ukrayna və Rusiyanı qarşılıqlı güzəştlərə çağırıb

Bakı, 20 noyabr, AZƏRTAC

Ukraynada davamlı sülhə nail olmaq üçün hər iki tərəfdən çətin, lakin zəruri güzəştlər tələb olunur.

AZƏRTAC xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bu barədə özünün sosial media hesabında yazıb. Onun sözlərinə görə, Ukrayna münaqişəsinin tərəfləri ona son qoymaq üçün qarşılıqlı güzəştlərə razı olmalıdır və bu, ciddi və real ideyaların geniş mübadiləsini tələb edir.

“Buna görə də biz sülhə nail olmaq üçün münaqişənin hər iki tərəfinin təklifləri əsasında mümkün ideyaların siyahısını hazırlayırıq”, - deyə Marko Rubio bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna münaqişəsinin nizamlanması üçün 28 bəndlik plan hazırlayıb.

Seçilən
37
3
azertag.az

4Mənbələr