AZ

“Mançester Yunayted”də ciddi itki

Benyamin Şeşkonun son vəziyyəti ilə bağlı informasiya yayılıb.

"Football-plus.az" xəbər verir ki, İngiltərə premyer-liqasının 11-ci turunun “Tottenhem”lə matçında (2:2) zədə alan “Mançester Yunayted”in sloveniyalı hücumçusu bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Şeşko 4 həftə komandasına kömək edə bilməyəcək.

Bu yay “Leyptsiq”dən “Mançester Yunayed”ə transfer olunan Şeşko bütün turnirlər nəzərə alınmaqla 11 matçda 2 qol vurub, 1 dəfə məhsuldar ötürmənin müəllifi olub.

Seçilən
272
39
football-plus.az

10Mənbələr