Ukrayna Avropa Birliyinə qoşulmaq üçün heç bir meyarlara cavab vermir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlayıb.
"Düşünürəm ki, Avropa Birliyinin necə işlədiyini və ölkələrin hansı meyarlara əsasən qoşulduğunu başa düşən insanlar Ukraynanın göstərilən meyarların heç birinə cavab vermədiyini aydın şəkildə başa düşürlər. Orada heç nə yoxdur: demokratiya yoxdur, məhkəmə sistemində şəffaflıq yoxdur, effektiv antikorrupsiya qanunvericiliyi yoxdur", - deyə diplomat qeyd edib.
Ağarza Elçinoğlu