AZ

Rusların Suriyaya gizli səfəri

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Suriya İnsan Haqları Müşahidə qrupunun (The Syrian Observatory for Human Rights - SOHR) məlumatına görə, Rusiya nümayəndə heyətini daşıyan “Tu-154V-2” təyyarəsi Xmeymim aviabazasına eniş edib. Enişi Rusiyanın “Su-35” qırıcısı və “Ka-52” hücum helikopterləri müşayiət edib.

Nümayəndə heyəti bir neçə saat ərzində bazaya baxış turu keçirib, bundan sonra təyyarə “Su-34”, “Su-35” və “Mi-17” helikopterlərinin müşayiəti ilə yenidən havaya qalxıb.

Ekspertlərin fikrincə, bu səfər Rusiyanın bölgədəki bazalarında əməliyyatların intensivləşməsi fonunda Rusiya qoşunlarının və təyyarələrinin Suriyada açıqlanmayan yerdəyişməsinin bir hissəsidir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
21
1
azvision.az

2Mənbələr