AZ

Dəliqanlı hava sərnişinlərinə qarşı sərt tədbirlər

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az Fransa mətbuatına istinadən xəbər verir ki, qanunu pozanlar 20 min avroya qədər cərimə və 4 ilə qədər uçuş qadağası ilə qara siyahıya salınma riski ilə üzləşirlər. “Yeni tədbirlər sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin qorunmasına yönəlib. İnsidentlərin qeydə alınması üçün xüsusi məlumat bazası yaradılacaq və pozuntunun şiddətindən asılı olaraq sanksiyalar qiymətləndirilir”, - Fransanın Nəqliyyat naziri Filipp Tabaro deyib. Təyyarələrin göyərtəsində aqressiya, təhqir, gizli siqaret çəkmə, dava-dalaş və digər qaydalara zidd davranış hallarının sayının artdığı bildirilir. Beynəlxalq Hava Nəqliyyatı Agentliyinin (IATA) məlumatına görə, 2024-cü ildə hər 395 uçuşun birində belə hadisə baş verib; Avropada hər ay 200 ilə 500 arasında hal qeydə alınır. Fransada sərnişinlərin 25%-i təyyarələrdə qeyri-münasib davranışla rastlaşdıqlarını bildiriblər və keçən il fransız hava yolları hər 1000 uçuşa 40 insident qeydə alıb. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
azvision.az

1Mənbələr