AZ

Bukayo Saka “Arsenal”la uzunmüddətli müqavilə imzalayacaq

BAkı. Trend:

“Arsenal”ın cinah oyunçusu Bukayo Saka klubla 2030-cu ilə qədəryeni uzunmüddətli müqavilə imzalamağa hazırdır.

Trend xəbər verirki, danışıqlar davam etsə də, həm klub, həm də futbolçu tərəfirazılaşmanın uzadılacağına tam əmindir.

London təmsilçisinin rəhbərliyi 24 yaşlı futbolçunun bu ilinsonuna qədər yeni müqaviləni rəsmiləşdirəcəyinə ümid edir. HazırdaSakanın “topçular”la müqaviləsi 2027-ci ilin yayına kimidir.

Bu mövsüm Saka “Arsenal”ın heyətində bütün turnirlər üzrə 14oyunda iştirak edib və altı qol vurub. Transfermarkt-ın məlumatınaəsasən, futbolçunun bazar dəyəri 140 milyon avrodur.

Seçilən
23
az.trend.az

1Mənbələr