AZ

Tramp: “Putin Azərbaycan və Ermənistan arasındakı münaqişəni həll etdiyimə təəccüblənmişdi”

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişəni nizamlama qabiliyyəti Rusiya lideri Vladimir Putini təəccübləndirib.

Oxu.Az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ Evin rəhbəri bunu ABŞ-Səudiyyə Ərəbistanı investisiya forumunda deyib.

“Putin mənə zəng edərək, bu məsələnin tənzimlənməsinə nail olduğuma inana bilmədiyini dedi”, – deyə Tramp vurğulayıb.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ prezidentinin iştirakı ilə yeddi bənddən ibarət birgə Bəyannamə imzalayıblar. Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişi paraflayıblar.

Seçilən
14
editor.az

1Mənbələr