AZ

Bakıda 95 manat borca görə tanışını bıçaqlayan yeniyetməyə şərti cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Yusif Kərimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü təqsirləndirilən şəxsə şərti cəza verilib.
 

İttihama görə, hadisə 16 may 2025-ci il tarixə keçən gecə, saat 01:30 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.


Belə ki, 2008-ci il təvəllüdlü Yusif Kərimov yaşayış binasının həyətində tanışı, zərərçəkmiş İxtiyar Babayevlə (adı, soyadı şərtidir) aralarında yaranmış münaqişə zamanı qəsdən ona bıçaqla xəsarət yetirib.
 

Məlumata görə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona olan 95 manat borcunu qaytarmaqdan imtina etməsini bəhanə edib. Bu zaman o, xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla İxtiyara hücum edib və onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl iki bıçaq zərbəsi endirərək xəsarət yetirib.


Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdi.



Kamal Məmmədov 

Tarix: 20 Noyabr 2025, 08:13   
Seçilən
26
pravda.az

1Mənbələr