AZ

NASA: Yerə yaxınlaşan 3I/ATLAS kometası Günəş sistemindən kənardan gəlib

Elm adamları obyektin çox qədim ulduz sistemindən çıxdığını ehtimal edir…

Poliqon xəbər verir ki, NASA-nın yüksək vəzifəli rəsmiləri Yerə doğru hərəkət edən 3I/ATLAS kometasının mənşəyi barədə yeni məlumatlar açıqlayıb. Agentliyin rəhbər müavini Amit Kşatriyanın sözlərinə görə, kometa Günəş sisteminin sərhədlərindən deyil, tamamilə onun hüdudlarından kənardan gəlib. NASA-nın baş elmi əməkdaşı Tom Stetler isə bildirib ki, obyekt böyük ehtimalla Günəş sistemindən qat-qat yaşlı ulduz sistemindən çıxıb.

Stetler brifinqdə deyib ki, kometanın sistemə daxilolma sürəti onun “çox qədim ulduz populyasiyalarından” gəldiyinə işarə edir: “Görünür, bu cisim çox yaşlı ulduzun ətrafında yaranmış ulduz sistemindən buraya daxil olub”.

Son günlər sosial şəbəkələrdə və mediada obyektin mənşəyi ilə bağlı müxtəlif fərziyyələr irəli sürülürdü. Amit Kşatriya bildirib ki, kometanın guya kosmik gəmi olması barədə yayılan iddialar elmi əsasdan məhrumdur: “Bu obyekt kometadır. Onun görünüşü, davranışı, bütün məlumatlar – hər şey kometa olduğunu göstərir”.

Bu iddiaları daha əvvəl ABŞ-ın Harvard Universitetinin professoru Abraham Leb səsləndirmişdi. O, kometanın “adi kometalar üçün qeyri-tipik, nadir trayektoriya” ilə hərəkət etdiyini, buna görə də süni mənşəli obyekt ola biləcəyini irəli sürmüşdü. Lakin alimlərin böyük qismi bu nəzəriyyəni tənqid edib və qeyri-elmi adlandırıb.

Sibir bölməsi Rusiya Elmlər Akademiyasının böyük elmi əməkdaşı Sergey Yazev də Lebin fikirlərini rədd edib. Onun sözlərinə görə, 3I/ATLAS kometası Yerdən təhlükəli məsafədə keçəcək və planet üçün heç bir risk yaratmır — obyekt bir neçə on milyon kilometr uzaqlıqdən ötüb keçəcək.

Poliqon.info

Seçilən
49
poliqon.info

1Mənbələr