ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin sona çatacağına əminliyini təkrarlayıb, eyni zamanda Moskvanın prosesə yanaşmasından məyus olduğunu xatırladıb.
"Report"un məlumatına görə, bu barədə o, Vaşinqtonda ABŞ-Səudiyyə Ərəbistanı biznes forumunda çıxışı zamanı bildirib.
"Mən səkkiz müharibəni həll etmişəm və hələ nizamlanmayan biri qalıb. Hansı müharibədən danışdığımı bilirsiniz. Düşündüm ki, bu, ən asan həll olunan müharibə olacaq, çünki mənim Rusiya Prezidenti Putinlə yaxşı münasibətim var. Amma mən Putindən bir az məyus oldum və o bunu bilir", - Tramp bildirib.
Eyni zamanda o, Rusiya ilə Ukrayna arasında müharibənin həll olunacağına əminliyini ifadə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.