AZ

ABŞ Rusiyaya qarşı sanksiyaları növbəti ilə saxlaya bilər

BAKI, 20 noyabr. TELEQRAF

ABŞ Senatında respublikaçıların lideri Con Tün Konqresin Rusiyaya qarşı yeni sanksiyaları bu ilin sonunadək qəbul edəcəyinə dair məlumatları təsdiqləməyib.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Senator prosesin hələ davam etdiyini bildirib.

Tünün sözlərinə görə, sənədin əvvəlcə Nümayəndələr Palatasında irəli sürülməsi daha real görünür, çünki təşəbbüs ABŞ federal büdcəsinin gəlir hissəsi ilə bağlıdır və bu cür layihələr ənənəvi olaraq Palatadan başlayır. Senator həmçinin vurğulayıb ki, əgər layihə Palatadan Senata daxil olarsa, onun qəbul prosesi sürətlənə bilər.

Con Tün ABŞ Prezidenti Donald Trampın da son günlər bu qanun layihəsinə dəstək verdiyini xatırladıb. O qeyd edib ki, qanunvericilər administrasiyaya Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermək üçün lazım olan vasitələri təqdim etməyə çalışırlar.

Seçilən
6
1
teleqraf.com

2Mənbələr