AZ

Yaponiya 2012-dən dayanan atom stansiyasını yenidən işə salır

BAKI, 20 noyabr. TELEQRAF

Yaponiyanın Niigata prefekturasının qubernatoru Hideyo Hanadzumi 2012-ci ildən bəri fəaliyyət göstərməyən, dünyanın ən böyük atom elektrik stansiyası hesab olunan “Kasiwadzaki-Kariva” AES-inin bir reaktorunun yenidən işə salınmasına razılıq vermək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

Məlumata görə, Tokionun elektrik enerjisi çatışmazlığı yaşadığı pik dövrlərdə həmin stansiyanın yenidən işə salınması üçün Tokio hökuməti prefektura rəhbərliyinə müraciət edib. Stansiyanın yerləşdiyi Niigata şəhəri və Kariya kəndinin rəhbərləri artıq yenidən işə salınmaya razılıq veriblər.

Gözlənilir ki, qubernator qərarını 21 noyabrda rəsmən təsdiqləyəcək. Bundan sonra o, yerli qanunverici orqanla məsləhətləşmələr aparacaq və prosedurların tamamlanmasından sonra bu barədə Baş nazir Sanae Takaitiyə məlumat verəcək.

“Kasivadzaki-Kariva” AES-i ümumi gücü 8,2 GVt olan yeddi reaktoru ilə dünyanın ən böyük atom elektrik stansiyası hesab olunur. Stansiyada bütün enerji blokları 2012-ci ildən bəri dayandırılıb. Hazırda yalnız altıncı blok yenidən işə salınmağa hazırdır. Texniki problem yaranmazsa, enerji bloku 2026-cı ilin mart ayının sonunadək istismara verilə bilər.

Seçilən
22
teleqraf.com

1Mənbələr