“Barselona”nın prezidentliyə namizədi Viktor Font qalib gələcəyi təqdirdə kluba ilk müraciətini "İnter Mayami"nin hücumçusu Lionel Messi edəcəyini bildirib.
İdman.Biz bildirir ki, argentinalı futbolçu 2003-cü ildən 2021-ci ilə qədər “blauqrana”da oynayıb.
“Messiyə abidə ucaltmaq belə azdır. Amma düşünürəm ki, Messidən istifadə etmək lazım deyil, amma o bilməlidir: qələbədən sonra edəcəyim ilk şey telefonu götürüb ona zəng etmək olacaq. Bu, etdiyim ilk zəng olacaq. İndiyə qədər onunla və ya ətrafındakı heç kimlə əlaqə saxlanılmayıb”, - Font deyib.