AZ

“Barselona” prezidentliyinə namizəd: “Qalib gəldikdən sonra ilk işim Messiyə zəng etmək olacaq”

“Barselona”nın prezidentliyə namizədi Viktor Font qalib gələcəyi təqdirdə kluba ilk müraciətini "İnter Mayami"nin hücumçusu Lionel Messi edəcəyini bildirib.

İdman.Biz bildirir ki, argentinalı futbolçu 2003-cü ildən 2021-ci ilə qədər “blauqrana”da oynayıb.

“Messiyə abidə ucaltmaq belə azdır. Amma düşünürəm ki, Messidən istifadə etmək lazım deyil, amma o bilməlidir: qələbədən sonra edəcəyim ilk şey telefonu götürüb ona zəng etmək olacaq. Bu, etdiyim ilk zəng olacaq. İndiyə qədər onunla və ya ətrafındakı heç kimlə əlaqə saxlanılmayıb”, - Font deyib.

İdman.Biz

Seçilən
42
1
idman.biz

2Mənbələr