AZ

ABŞ BƏƏ və Səudiyyə şirkətlərinə qabaqcıl çiplərin satışını təsdiqlədi

BAKI, 20 noyabr. TELEQRAF

ABŞ Ticarət Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı şirkətlərə ən yeni amerika yarımkeçirici çiplərin satışına icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin 19 noyabr tarixli bəyanatında bildirilib.

Sənədə görə, ABŞ Ticarət Nazirliyi Səudiyyə Ərəbistanı və BƏƏ-də yerləşən G42 (Əbu-Dabi) və "Humain" şirkətlərinə 35 000-ə qədər "Nvidia Blackwell" çiplərinin ixracına icazə verib. Hər iki şirkət süni intellekt texnologiyaları üzrə fəaliyyət göstərir.

ABŞ Ticarət Nazirliyinin fikrincə, bu icazə ölkənin texnoloji sahədə, o cümlədən Sİ sahəsində lider mövqeyini qorumasına kömək edəcək.

Bundan əvvəl, 18 noyabrda ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı şahzadəsi, baş nazir Məhəmməd bin Salman Vaşinqtonda görüşərək nüvə energetikası, Sİ texnologiyaları və kritik mineralların hasilatı və emalı sahəsində razılığa gəliblər. Bu çərçivədə Səudiyyə Ərəbistanı ABŞ texnologiyalarına çıxış əldə edəcək və eyni zamanda onların qorunması təmin olunacaq.

Seçilən
32
teleqraf.com

1Mənbələr