AZ

İlon Mask: İA hesablamalarını kosmosa daşımaq daha sərfəli olacaq

BAKI, 20 noyabr. TELEQRAF

İlon Mask yaxın beş ildə süni intellekt (Sİ) hesablamaları üçün ən sərfəli yolun bu prosesləri kosmosa daşımaq olacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Vaşinqtonda ABŞ və Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığa həsr olunmuş forumda çıxışı zamanı deyib.

Milyarder hesab edir ki, Sİ gücünün kosmosda yerləşdirilməsi iqtisadi baxımdan yerüstü sistemlərdən daha sərfəli olacaq.

“Mənim qiymətləndirməmə görə, Süni intellektin kosmosda tətbiqi yer üzərindəki sistemlərdən daha yüksək iqtisadi səmərəlilik verəcək. Dörd-beş ildən sonra günəş enerjisi ilə işləyən peyklər vasitəsilə Sİ hesablamalarını həyata keçirmək ən ucuz yol olacaq”, - o deyib.

Maskın sözlərinə görə, elektrik enerjisinin istehsalı və soyutma sistemlərinin genişləndirilməsi artıq çətinliyə çevrilir. O, Sİ hesablamaları üçün günəş enerjisi ilə işləyən kosmik aparatların istifadəsini “çox perspektivli” adlandırıb və kosmosda bu sistemlərin soyudulmasının yer üzündə olduğundan qat-qat asan olduğunu vurğulayıb.

Seçilən
27
1
teleqraf.com

2Mənbələr