AZ

NASA: 3I/ATLAS üzrə müşahidələr tarixdə ən genişmiqyaslı kampaniyadır

BAKI, 20 noyabr. TELEQRAF

NASA Günəş sisteminə daxil olan 3I/ATLAS adlı ulduza­arası obyektə aparılan müşahidələrin qurumun tarixində ən genişmiqyaslı kampaniyalardan biri olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə NASA bəyanat yayıb.

Agentliyin məlumatına görə, prosesə Günəş sisteminin müxtəlif nöqtələrində yerləşən ondan çox kosmik aparat cəlb edilib.

NASA-nın bəyanatında bildirilir ki, müxtəlif rakurslardan aparılan müşahidələr alimlərin kometanın quruluşu, hərəkət xüsusiyyətləri və mənşəyi barədə daha dəqiq məlumat toplamasına imkan verir.

Qurumun elm missiyaları üzrə direktor müavini Nikki Foks isə daha əvvəl bildirib ki, 3I/ATLAS barədə mövcud bütün məlumatlar ictimaiyyətə açıqlanacaq.

Seçilən
34
teleqraf.com

1Mənbələr