AZ

Litva Belarusla sərhəddə keçid məntəqələrinin işini bərpa edib

BAKI, 20 noyabr. TELEQRAF

Litva Belarusla sərhəddə fəaliyyət göstərən iki sərhəd-keçid məntəqəsinin işini yenidən bərpa edib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı "BelTA" agentliyi yayıb.

Bildirilir ki, “Benyakonis” sərhəd-keçid məntəqəsindən artıq ilk nəqliyyat vasitələrinin girişi təmin edilib. Eyni zamanda “Kamenniy Loq” keçid məntəqəsi də fəaliyyətə başlayıb.

Qeyd olunur ki, “Benyakonis” sərhəd-keçid məntəqəsi üç həftə ərzində bağlı qalmışdı. “Medininkai” keçid məntəqəsində isə litvalı sərhədçilər bu müddətdə yalnız müəyyən kateqoriyadan olan şəxslərin və nəqliyyat vasitələrinin keçidinə icazə verirdilər.

Seçilən
26
teleqraf.com

1Mənbələr