AZ

İrandan Azərbaycana qaçaq yolla keçən İraq vətəndaşına hökm oxunub

BAKI, 20 noyabr. TELEQRAF

Azərbaycan dövlət sərhədini qanunsuz keçən İraq vətəndaşının cinayət işi üzrə hökm elan edilib.

Teleqraf xəbər verir ki, 2006-cı il təvəllüdlü İraq vətəndaşı Cavad Cubiri İran İslam Respublikasından Azərbaycan istiqamətində nəzarət-buraxılış məntəqələrindən kənarda sərhədi keçməyə cəhd edib və sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Cavad ifadəsində maddi vəziyyətinin ağır olduğunu, Azərbaycandan Rusiyaya keçmək üçün ölkəyə qanunsuz daxil olduğunu bildirib.

Məhkəmənin hökmü ilə Cavad Cubiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzanı çəkdikdən sonra Cavad Cubiri Azərbaycanın hüdudlarından kənara məcburi çıxarılacaq.

Seçilən
34
teleqraf.com

1Mənbələr