AZ

Tbilisidə keçirilən aksiya zamanı 13 nəfər saxlanılıb

Bakı. Trend:

Noyabrın 19-da Tbilisidə 2024-cü ildə polisə hücum etdiyi üçünhəbs olunan və məhkəmənin qərarı ilə 4 il 5 ay azadlıqdan məhrumedilən 21 yaşlı Mate Devidzeyə dəstək məqsədilə aksiyakeçirilib.

Trend xəbər verirki, aksiya zamanı polis ilə iştirakçılar arasında qarşıdurmayaranıb və qanuni tələblərə tabe olmayan 13 nəfər saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanşəxslər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb vəhüquq-mühafizə orqanı nümayəndələrini təhqir ediblər.

DİN vətəndaşları qanuna zidd əməllərdən çəkinməyə çağırıb, əkshalda müvafiq tədbirlərin qanun çərçivəsində görüləcəyinibildirib.

Seçilən
22
az.trend.az

1Mənbələr