AZ

Trampın xüsusi nümayəndəsi Kelloq yanvarda istefaya hazırlaşır

BAKI, 20 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq 2026-cı ilin yanvarında administrasiyadan ayrılmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi məsələ ilə tanış mənbələrə istinadən yayıb.

Məlumata görə, Kelloq öz komandası ilə söhbətlərində yanvar ayını istefa üçün “ən uyğun vaxt” kimi qiymətləndirib.

Agentlik yazır ki, onun vəzifədən getməsi Ukrayna üçün xoş olmayan xəbər hesab olunur.

Kelloq son illərdə Vaşinqtonun Kiyev istiqamətində siyasətinin formalaşdırılmasında mühüm fiqur kimi çıxış edib və ABŞ-Ukrayna əlaqələrində koordinasiya rolunu oynayıb.

Seçilən
51
1
teleqraf.com

8Mənbələr