BAKI, 20 noyabr. TELEQRAF
HƏMAS hərəkatı İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hava zərbələri nəticəsində azı 25 nəfərin öldüyünü bildirib.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalında məlumat yayılıb.
Qeyd olunur ki, həlak olanlar arasında qadın və uşaqlar da var.
Bəyanata görə, zərbələr Qəzza şəhəri və Xan Yunis bölgələrini hədəf alıb.
HƏMAS İsrailin hücumlarını “ciddi eskalasiya” adlandıraraq, baş nazir Benyamin Netanyahunun Qəzzada “genosidi yenidən başlatmağa çalışdığını” iddia edib.