AZ

"Arsenal" futbolçusu ilə razılığa gəldi - daha 5 il komandada qalmaq istəyir

Bukayo Saka və “Arsenal” müqavilənin uzadılması üzrə prinsipial razılığa gəliblər.

Sportal.az xəbər verir ki,  futbolçu 2030-cu ilə qədər yeni müqaviləni qəbul edib. 24 yaşlı qanad oyunçusunun “topçular”la mövcud müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. London klubu Saka ilə müqaviləni Vilyam Salibanın da müqaviləsinin uzadılmasından sonra imzalayacaq.

Qeyd edək ki, bu mövsümdə Bukayo Premyer Liqada 9 oyuna çıxıb və 3 qol vurub.

saytlarin hazirlanmasi

Seçilən
34
1
sportal.az

2Mənbələr