AZ

Almaniya Berlində Rusiyanın mümkün hücumuna hazırlaşır

Almaniya Berlində Rusiyanın mümkün hücumuna hazırlaşır

Berlində genişmiqyaslı hərbi təlimlər keçirilib.

AFN.az "Der Tagesspiegel"ə istinadən xəbər verir ki, təlimlər Almaniya müdafiə naziri Boris Pistoriusun Rusiya tərəfindən daha əvvəl proqnozlaşdırılandan tez hücum ehtimalı barədə xəbərdarlıqlarından sonra baş tutub. Bir həftə davam edən manevrlərdə Bundesverin mühafizə batalyonu şəhər şəraitində döyüş, hündürmərtəbəli binalar arasında hərəkət, hökumət obyektlərinin mühafizəsi, rabitə əlaqəsinin pozulduğu və görünüşün zəif olduğu vəziyyətdə yaralıların təxliyəsi kimi tapşırıqları məşq edib. Xüsusi diqqət metroda gecə əməliyyatlarına yönəldilib.

Batalyon komandiri polkovnik-leytenant Mayk Tayxqreber bildirib ki, məqsəd ən pis ssenariyə hazırlıqdır. Onun sözlərinə görə, metro real şəraitə yaxın mühit yaratdığı üçün seçilib — fövqəladə vəziyyətdə tunellər hərbi bölmələrin sürətli hərəkəti üçün istifadə oluna bilər.

Seçilən
22
afn.az

1Mənbələr