Norveç millisinin və “Benfika”nın hücumçusu Andreas Şelderup Danimarkada məhkəmə hökmü ilə cəzalandırılıb.
90deqiqe.Az-ın "VG"ə istinadən məlumatına görə, futbolçu azyaşlıların yer aldığı intim xarakterli videonu dostuna göndərdiyi üçün 14 gün şərti həbs və bir il müddətinə şərti cəza alıb.
Məhkəmədə özünü təqsirli bilən Şelderup videonu 2023-cü ilin noyabrında yaydığını etiraf edib. Hakim qeyd edib ki, sözügedən material futbolçuya göndərilib, o özü videonu axtarmayıb və qanunsuz olduğunu dərk etdikdən sonra silib.
Norveçli oyunçu noyabrın əvvəlində sosial şəbəkələrdə ictimai şəkildə üzr istəmişdi. Norveç Futbol Federasiyası tətbiq olunan sanksiyanı kifayət hesab edib. Şelderup Estoniya ilə qarşılaşmada (4:0) 20 dəqiqə oynayıb, İtaliyaya qarşı matçda (4:1) isə ehtiyatda qalıb.
Qeyd edək ki, hücumçu bu mövsüm “Benfika”nın heyətində 17 oyunda meydana çıxıb və 2 qola imza atıb.