Səudiyyə Ərəbistanı ABŞ ilə enerji sahəsində 30 milyard dollarlıq sazişlər imzalamağı planlaşdırır.
"Report"un "Al Arabia"ya istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda keçirilən ABŞ–Səudiyyə Ərəbistanı investisiya forumunda milli neft şirkəti "Saudi Aramco"nun baş direktoru Amin Nasser bəyan edib.
Onun sözlərinə görə, "Saudi Aramco" ABŞ-də investisiya portfelini genişləndirməyə davam edir, şirkətin vençur bölməsi isə Amerika iqtisadiyyatına 1,5 milyard dollar yatırıb.
Xatırladaq ki, bu ilin may ayında ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə dörd günlük səfəri çərçivəsində ABŞ və Səudiyyə Ərəbistanı müdafiə və süni intellekt sahəsində layihələr də daxil olmaqla, çoxmilyardlıq qarşılıqlı investisiyalar elan ediblər.