FIBA Avropa Kubokunun I qrupunda "Neftçi" Abşeron Lions"a məğlub olub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Vitali Stepanovski matç barədə fikirlərini bölüşüb:
"Bu oyunun necə vacib olduğunu başa düşürdük. Azərbaycan üçün vacibliyini də anlayırdıq. Biz təkcə "Neftçi"ni yox, bütün Azərbaycanı təmsil edirik. Bizim üçün çətin oyun keçdi. İlk oyunda da demişdim ki, "Abşeron Lions" güclü komandadır. Təəssüf ki, vacib oyunçumuz yox idi, onun yerini doldurmaq alınmadı. Sabah ilə görüşdə Morkonu itirmişdik".
Media önünə çıxan Amil Həmzəyev isə bu sözləri deyib:
"Bu oyunu açıqlamaq bir az çətindir. Udsaydıq, qrupdan çıxmaq şansımız vardı. "Abşeron Lions"un şansı yox idi, bəlkə də ona görə rahat oynadı. Təbrik edirəm, qrupda dördüncü yer oldular. Biz onsuz da qrupda ikinci yerdəyik. Yenə də bu, bizim üçün tarixi qələbədir: 3 qalibiyyət, 3 məğlubiyyət ilə qrupu ikinci yerdə başa vururuq. Digər qrupdakıları gözləyirik, şansımız çox azdır. Azərbaycan basketbolu adına uğurun bir addımlığında dayandıq. İnşallah, növbəti illərdə daha yaxşı nəticələr verərik".