AZ

Türk diplomatiyasına güvənirik ZELENSKİ

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı göstərdiyi mövqenin Kiyev üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Modern.az xəbər verir ki, o, çıxışında Ankaranın həm siyasi, həm də humanitar istiqamətdə atdığı addımları yüksək qiymətləndirib.

Zelenski deyib ki, Rusiyaya qarşı müharibədə Türkiyənin prinsipial mövqeyi Ukrayna üçün vacibdir:

“Ukraynanın müstəqilliyini və suverenliyini dəstəklədiyi üçün Türkiyəyə təşəkkürümü bildirirəm. Türk diplomatiyasının gücünə və Moskva tərəfindən də anlaşıla bilməsinə güvənirik”.

Prezident, həmçinin əsir mübadiləsi ilə bağlı proseslərin ilin sonuna qədər bərpa olunacağına ümid etdiyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
modern.az

10Mənbələr