AZ

Trampın ən yaxını saxta genosid abidəsinə baş əyməyə bilməzdi?


Faiq Ələkbərli: “ABŞ bu məsələni zaman-zaman gündəmə gətirməklə bölgədəki sülhə kölgə sala bilər”

ABŞ Dövlət Katibinin Siyasi Məsələlər üzrə müavini Allison Huker Erməni Soyqırımı Memorial Kompleksini ziyarət edib. Xatirə divarında onlar Erməni Soyqırımı zamanı ABŞ-ın Konstantinopoldakı səfiri Henri Morqenthaunun və Amerika Qırmızı Xaç Cəmiyyətinin qurucusu Klara Bartonun xatirə lövhələrinin yanında dayanıblar.

Henri Morqenthau və Klara Barton Ermənistana yardım proqramlarında mühüm rol oynayıblar.

Maraqlıdır, ABŞ dövlət katibinin müavini indiki sülh prosesi və barışıq vaxtında saxta genosid abidəsini ziyarət etməyə bilməzdi?

“ABŞ dövlət katibinin müavininin erməni Soyqırımı Memorial Kompleksini ziyarət etməsi təsadüfi deyil”

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, tanınmış türkoloq alim Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ABŞ hər zaman çoxtərəfli siyasət yürüdür: “Amerika bir tərəfdən özünü sülh, barış tərəfdarı kimi qələmə verir, bununla yanaşı, müəyyən tərəfləri dəstəkləyir. Bu hal istənilən bölgə dövlətlərində müşahidə olunur. Məlum vəziyyət ABŞ-ın çoxüzlü siyasətindən xəbər verir. Bu səbəbdən də ABŞ dövlət katibinin müavininin erməni Soyqırımı Memorial Kompleksini ziyarət etməsi təsadüfi deyil. Xatırladım ki, vaxtilə ABŞ-ın İstanbulda səfiri vəzifəsini icra edən Mark Hernandez və Qızıl Xaç Cəmiyyətinin yaradıcısı Klara Bartonun xatirə lövhələrinin yanında da şəkil çəkdirməsi planlı idi. ABŞ, müəyyən mənada ermənilər dəstək verməyə davam edir. Ancaq Amerikanın bu addımı həm Türkiyə, həm də Azərbaycan münasibətlərinə ziddiyyət təşıkil edir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, 1915-ci ildə soyqırım hadisəsi olmayıb. Osmanlı dövləti özünü qorumaq üçün daxildəki erməni təxribatçılarının bir qismini Osmanlının müxtəlif ərazilərinə sürgün edib: “ABŞ bu məsələni zaman-zaman gündəmə gətirməklə ən çox ermənilərin dəstəyini qazanmağa çalışır. Ancaq erməni xalqının dəstəyini uydurma soyqırımla qazanmaq mümkün deyil. Bu kimi hadisələr bölgədəki sülhə kölgə sala bilər”.

Günel CƏLİLOVA

Seçilən
41
baki-xeber.com

1Mənbələr