AZ

“Rəqsanənin birinci gün azadlığa çıxacağını gözləyirdik” – Nazilə Səfərli

Tanınmış müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması ilə bağlı xəbər yayılıb.

Musavat.com-un Manset.az-a istinadən məlumatına görə, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə bu dəqiqələrdə Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Belə ki, müğənni ilə zərərçəkənlər məhkəmədə razılığa gəliblər. Əldə olunan məlumata görə, R.İsmayılova dəymiş ziyandan 100 min manatı ödəyib.

Rəqsanə İsmaylova ilə yaxın rəfiqə olan şairə Nazilə Səfərli bununla bağlı Musavat.com-a danışıb. O bildirib ki, müğənninin ev dustaqlığına buraxılacağı ilə bağlı xəbəri gözləyirmiş: “Biz onun birinci gün azadlığa çıxacağını gözləyirdik. Mənə demişdilər ki, bu gün də çıxmasa, bu həftə artıq evində olacaq.

Bununla bağlı qızı Aysun ilə hələ danışmamışam. Mənə başqa adam bu haqda məlumat vermişdi. Eşitdiyimə görə, ziyanın bir hissəsi ödəniləcək. Rəqsanənin azadlığa çıxmasını həm arzulayırıq, həm də gözləyirik. O, həbsdə olan zaman biz onun yanına gedə bilmədik. Daha doğrusu bizə imkan verilmədi. Hətta Xatirə İslam dedi ki, hamımız hazır olaq, pul yığmaq lazım olsa, yığaq və kömək edək. Sağ olsun, Aysun, deyəsən özü tək əziyyət çəkib”.

Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu.

İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyirdi.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunmuşdu. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr