“Lukoil” uğurlu beynəlxalq neft biznesi qurmuşdu, lakin bu imperiya hazırda Vladimir Putinin Ukraynada başladığı müharibə səbəbilə dağılmaq üzrədir.
Musavat.com xəbər verir ki, Qərb ekspertləri belə bir qənaətə gəliblər.
Rus enerji nəhənginin aktivlərini almaq imkanını müxtəlif ölkələrin şirkətləri nəzərdən keçirir, lakin Vaşinqton onların ABŞ şirkəti tərəfindən alınmasına üstünlük verir.
Bloomberg-in məlumatına görə, “Lukoil” aktivlərinə maraq göstərənlər arasında BƏƏ-nin Abu Dhabi National Oil Co. (ADNOC), həmçinin ABŞ-ın ən böyük iki neft-qaz korporasiyası olan Exxon Mobil və Chevron, eləcə də amerikalı sərmayə fondu Carlyle Group var. Vaşinqton “Lukoil”in xarici aktivlərinin satışına verilmiş lisenziyanın müddətini 21 noyabrdan 13 dekabradək uzadıb.
Musavat.com