Rusiya Baş Qərargahının rəhbəri sevgilisini Müdafiə Nazirliyində işə düzəldib və ona Moskvanın mərkəzində elit daşınmaz əmlak təmin edib
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Bu faktı “Proyekt” araşdırma mərkəzi müəyyənləşdirib.
Araşdırmaçılara görə, 70 yaşlı Valeri Gerasimovun rəsmi ailəsi olsa da, 2014-cü ildə onun və 47 yaşlı Yelena Selifanovanın qızı Kseniya dünyaya gəlib. 2019-cu ildə general atalıq faktını rəsmən tanıyıb.
Uşaq baxımı məzuniyyətindən sonra Selifanova əvvəlcə Müdafiə Nazirliyinin bir hərbi hissəsində vəzifə alıb, daha sonra isə beş il işlədiyi elə Nazirliyin özündə vəzifəyə təyin edilib və dövlət qulluğunun 1-ci sinif referenti rütbəsini alıb. Selifanovanın son illərdə nə işlə məşğul olduğu barədə məlumat yoxdur.
Bununla paralel olaraq o, Moskvanın mərkəzində — Taqankada, Xamovnikidə və “Naberejnıedəki Ev”də ümumi dəyəri 230 milyon rubldan çox olan bir neçə mənzil əldə edib. O həmçinin Porsche Cayenne və Lexus markalı avtomobillərdən istifadə edir.
2022-ci ildən etibarən Selifanova mütəmadi olaraq Antalyaya uçur (azı 7 dəfə). Onun qardaşı Sergey isə “Rosneft” rəhbəri İqor Seçinin yaxın ətrafına bağlı şirkətdə yüksək vəzifə tutur.
Musavat.com