
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, görüş Ankarada keçirilir.
Görüşdən sonra Ərdoğan və Zelenski iş yeməyində bir araya gələcək, daha sonra təşkil olunacaq birgə mətbuat konfransında açıqlama verəcəklər.