Rus dili müəlliməsi Larisa Yuryevna Qavrilova artıq 25 ildən çoxdur İtaliya Müdafiə Nazirliyi sistemində çalışır və Baş Qərargah strukturları ilə əməkdaşlıq edib. Bu qadının Rusiya ilə uzunmüddətli və ictimai şəkildə göstərilən əlaqələri mövcud olduğu ortaya çıxıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Linkiesta saytı məlumat yayıb.
Saytın məlumatına görə, onun tələbələri arasında o cümlədən Roberto Vannacci də olub. Qavrilova həmçinin silahlanma ilə bağlı tapşırıqlarda iştirak edib.
Bununla paralel olaraq o, İtaliyada Kreml yönümlü mədəni gündəliyi aktiv şəkildə təbliğ edir: “Rusiyа Umbridə” assosiasiyasına rəhbərlik edir, Rusiya səfirliyi və Rusiyanın Elm və Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq edir, Moskvanın rəsmi xəttinə uyğun tədbirlər təşkil edir və Ukraynaya qarşı aqressiyanı haqq qazandıran narrativləri yayır.
Qavrilova həmçinin Putin tərəfindən imzalanmış şəxsi məktub alıb və Rusiya Xarici İşlər Nazirliyinə tabe olan Roma Rus Mədəniyyət Mərkəzinin rəhbəri Dariya Puşkova tərəfindən ona medallar təqdim edilib.
Musavat.com