AZ

Türkiyə MMU-nun nümayəndə heyəti ölkəmizdə səfərdədir (FOTO)

Bakı. Trend:

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müaviniprofessor Serdar Salmanın rəhbərliyi ilə qardaş ölkənin nümayəndəheyəti ölkəmizdə səfərdədir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabana gələrəkÜmummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim,akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlərxiyabanı və Türk Şəhidliyini ziyarət edib, gül dəstələri qoyub,xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Daha sonra MMU-nun Hərb Oyunları Mərkəzində keçirilən tədbirdəgeneral-mayor Arif Həsənov çıxış edərək qonaqları MMU-nunrəhbərliyi adından salamlayıb.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının dostluq, qardaşlıq vəmüttəfiqlik münasibətləri üzərində qurulduğunu bildirəngeneral-mayor A.Həsənov bu müttəfiqliyin hər iki ölkədə hərbitəhsilin inkişafına verdiyi faydalardan danışıb. AzərbaycanOrdusunda hərbi təhsil sahəsində tətbiq edilən islahatların müsbətnəticələrini diqqətə çatdırıb.

Professor S.Salman isə öz növbəsində göstərilən səmimimünasibətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Təcrübəmübadiləsi məqsədilə qarşılıqlı səfərlərin vacibliyini qeydedib.

Tədbirdə MMU və tabeliyində fəaliyyət göstərən təhsilmüəssisələrinin yaranma tarixləri, təhsil sistemi və tədrisprosesi, eləcə də elmi fəaliyyətləri haqqında brifinq təqdimolunub.

Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Seçilən
34
16
az.trend.az

10Mənbələr