ain.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
15 dekabr 2025-ci il tarixində “PAŞA Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Marja xəbər verir ki, gündəlikdəki məsələ “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının səlahiyyətinə aid olan müvafiq məsələlərin müzakirəsidir.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Baş ofisində, həmçinin elektron qaydada müraciət etməklə tanış ola bilərlər.
Qeyd edək ki, Bankın səhmdarları: PASHA Holding MMC (≈ 56,8195%), BLESS MMC (≈ 28,1796%), Arif Paşayev (≈ 9,9944%) və Mir Camal Paşayevdir (≈ 5,0066%).
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.