AZ

Zelenskinin partiyası parçalandı

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyası Prezident Volodimir Zelenskinin yaxın ətrafında baş verən korrupsiya qalmaqalı fonunda parçalanır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko bildirib.

“Artıq görünən budur ki, “Xalqın Xidmətçisi” Partiyasında parçalanma baş verir”, - deputat qeyd edib.

Hakim partiyanın bir neçə üzvü Volodimir Zelenskini keçmiş və indiki nazirlər, eləcə də ona yaxın hesab edilən şəxslərlə bağlı korrupsiya qalmaqalı ilə əlaqədar öz yaxın ətrafını təmizləməyə və yeniləməyə çağırıb: “Zelenskinin ofisinin mümkün qədər şəffaf, institutsional cəhətdən sadələşdirilmiş və korrupsiya əməllərində iştirak edən şəxslərin istənilən təsirindən azad olması vacibdir”.

Bəyanatı imzalayanlar Ukrayna Prezidentini antikorrupsiya qurumunun araşdırmasının nəticələri və ictimai tələbdən öz ətrafını təmizləmək və yeniləmək üçün fürsət kimi istifadə etməyə çağırıblar.

Bəyanat Ali Radadakı “Xalqın Xidmətçisi” fraksiyasının nümayəndələrinin adından verilib, amma bunu neçə nəfərin dəstəklədiyini dəqiqləşdirilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
63
sherg.az

1Mənbələr