AZ

"Nə istəyirsiniz məndən, qoyun yaşayım"

"Əsəbi adamam, fikrimi cəmləşdirə bilmirəm. Nəsə deyib, sonra peşman oluram. Dəyməyin mənə, qoyun Allahın verdiyi ömrü yaşayaq. Nə bilim nə vaxt dünyamı dəyişəcəyəm".

Musavat.com  xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Rəngarəng" verilişində deyib. Müğənni yazılan şərhləri tənqid edib. O bildirib ki, mənfi rəyləri yazdıranlar elə sənət adamlarıdır?

"Yazırlar ki, get otur nəvələrinlə oyna, nə istəyirsən millətdən? Millətin başına dönüm. Aramızda olan naqislər sənət adamlarıdır. Kimisə öyrədirlər ki, ona mənfi söz yaz. Məndə nevroz var. Gəlin üzümə deyin. Üzünə tərifləyir, keçir kənara o sözləri yazdırır. İnsan birsifətli olar". 

Könül
Musavat.com

Seçilən
99
11
musavat.com

10Mənbələr