"Ağdam rayonunun işğal altında olmamış dörd kəndinin əhalisi xahiş edir ki, həmin ərazidə Qarabağ kanalı üzərində nasos stansiyası və su anbarı inşa edilsin".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında büdcə müzakirələri zamanı deputat Elman Məmmədov məsələ qaldırdı.
"Orada toplanmış yağış və sel sularının toplanması, onların əkin sahələrinin suvarılması, əhalinin su problemini aradan qaldırar. "Azərbaycan Respublikasının 2026-cı il dövlət və icmal büdcələri haqqında" qanun layihəsi ölkənin gələcək uğurlu inkişafını tam təmin edəcək, olduqca həqiqi qanun layihəsidir", - deyə o, əlavə etdi.
Aminə ŞAHSUVARQIZI