AZ

Çin 3 yeni peyki uğurla orbitə buraxdı

Çin 3 yeni peyki uğurla orbitə buraxdı

Çin Jiuquan Peyk Buraxılış Mərkəzindən “Uzun Gediş-2C” raketi ilə kosmosa 3 yeni peyk göndərib.

“Shijian-30A”, “30B” və “30C” adlı peyklər uğurla orbitə yerləşdirilib. Peyklərin kosmik mühitin öyrənilməsi və yeni texnologiyaların sınağı üçün istifadə olunacağı bildirilib.

Hər bir peyk müxtəlif elmi və texnoloji təcrübələr aparmaq məqsədilə dizayn edilib. Buraxılış həmçinin Çin kosmik proqramının inkişafı və ölkənin texnoloji imkanlarının artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Mütəxəssislər bu peyklərin gələcəkdə daha mürəkkəb kosmik missiyalarda da test və məlumat toplama funksiyasını yerinə yetirəcəyini vurğulayıblar.

Seçilən
10
afn.az

1Mənbələr