Bakı.Trend:
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri -Əlişirin Əliyev, Qabil Quliyev və İntiqam Kərimovun barəsindəcinayət işi üzrə məhkəmə başlayıb.
Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdəanket məlumatları dəqiqləşdirilib.
Daha sonra hakimlər məhkəmənin baxışa verilməsi barədə qərarverib.
Məhkəmənin növbəti iclası 3 dekabrda baş tutacaq.
Bildirək ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatınaəsasən "Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdəbaş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın Poliklinikaşöbəsinin müdiri və Həkim Məsləhət komissiyasının üzvü olmuşƏlişirin Əliyev barədə daxil olmuş şikayətlər əsasında Baş prokuroryanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işibaşlanılıb.
İbtidai istintaqla Əlişirin Əliyevin sözügedən vəzifədə işlədiyimüddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinəgirərək əlilliyin təyin olunmasına əsas verən hər hansı xəstəlikdənəziyyət çəkməyən və Həkim məsləhət komissiyasında faktiki olaraqmüayinədən keçirilməyən ayrı-ayrı şəxslərə əlillik dərəcəsininverilməsi məqsədilə onlar barədə TƏBİB-in “e-tabib” elektroninformasiya sisteminə tibbi diaqnozlara dair bilə-bilə yalanməlumatları daxil edilib Dövlət Tibbi-Sosial Ekspertiza vəReabilitasiya Agentliyinə göndərilməsi müqabilində külli miqdardarüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Əlişirin Əliyevə CinayətMəcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifəsəlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən vəkülli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), QabilQuliyev və İntiqam Kərimova isə həmin Məcəllənin 178.1(dələduzluq), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifəsəlahiyyətlərindən sui-istifadəyə kömək etmə), 32.5, 311.3.2,311.3.3 (təkrarən və külli miqdarda rüşvət almağa kömək etmə) və32.5, 313-cü (vəzifə saxtakarlığına kömək etmə) maddələri iləittiham elan edilib, təqsirləndirilən şəxslərin yaşı və səhhətlərinəzərə alınmaqla barələrində istintaq orqanının qərarı ilə polisinnəzarəti altına vermə qətimkan tədbiri seçilib.