AZ

52 ildən sonra tarixi qələbə: Stadionu işğal edilən ölkə Dünya Çempionatında

Haiti 2026 Dünya Kubokunun KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) seçmələrində C qrupunun final turunda Nikaraquanı 2:0 hesabı ilə məğlub edərək tarixi uğur qazanıb.

Apasport.az xəbər verir ki, bu qələbə ilə Haiti 11 xalla qrupunda lider olaraq 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

1974-cü ildə Almaniyada keçirilən dünya çempionatından sonra turniri buraxan Karib hövzəsi ölkəsi nəhayət, 52 ildən sonra uğurunu təkrarlayıb.

Qeyd edək ki, vətəndaş iğtişaşları səbəbindən stadionu zəbt edilən Haiti matçlarını neytral meydanda keçirir.

 

“Barsa” 19 yaşlı braziliyalı hücumçunu istəyir

“Real”ın hücumçusu Premyer Liqa klublarının hədəfində

Nigeriya millisinin forvardı “Fənərbaxça”nın radarında

Şimanski 3 həftə meydandan uzaq qalacaq

Osimhen İstanbulda müayinə olunacaq

Seçilən
4
1
apasport.az

2Mənbələr