AZ

Mərkəzi Bank sədri açıqladı: “Bu, tarixi maksimumdur”

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“2025-ci ildə qlobal iqtisadi mühit olduqca dəyişkən olub”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Beynəlxalq Valyuta Fondunun “World Economic Outlook” hesabatına görə, qlobal iqtisadi artımın 2025-ci ildə 3,2%, 2026-cı ildə isə 3,1% olacağı proqnozlaşdırılır. Həmin hesabatda qlobal inflyasiya proqnozu 2025-ci il üçün 4,2% səviyyəsində saxlanılır. 2026-cı ildə isə 0,1 faiz bəndi artırılaraq 3,1% səviyyəsində müəyyən edilir.

2025-ci ilin 10 ayı üzrə xarici ticarət balansı – cari əməliyyat balansının əsas komponenti – 2,4 milyard ABŞ dolları təşkil etmiş və müsbətdir.

Ölkənin strateji valyuta ehtiyatları cari ilin 10 ayı ərzində 16,2% artaraq dövrün sonunda 82,5 milyard ABŞ dolları təşkil etmişdir. Xüsusi qeyd edək ki, bu göstərici tarixi maksimumdur və ölkəmizin iqtisadi gücünü, eləcə də maliyyə dayanıqlılığını əks etdirir.

Mərkəzi Bankın valyuta ehtiyatları isə oktyabr ayının sonunda 11,4 milyard ABŞ dollarına çatıb ki, bu da son 3 ildə 45,7% artım deməkdir. Hazırda ölkənin strateji valyuta ehtiyatları 37 aylıq mal və xidmət idxalını tam qarşılamağa kifayət edir.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
globalinfo.az

1Mənbələr