AZ

Tbilisidə Gürcüstan və Ermənistan prezidentlərinin görüşü keçirilir

Tbilisidə Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın rəsmi qarşılanma mərasimi keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili erməni həmkarını qarşılayıb.

Hazırda Gürcüstan Prezidenti sarayında dövlət başçıları arasında təkbətək görüş keçirilir. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olacaq.

Görüşlərdən sonra prezidentlər mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər.

Seçilən
45
6
apa.az

7Mənbələr