AZ

Humanitar sahədə əməkdaşlıq TDT-nin əsas prioritetlərindəndir - Ömüralıyev

Bakı. Trend:

Humanitar əməkdaşlıq Türk Dövlətləri Təşkilatında (TDT)qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərindən biridir və bunuBakıda keçirilən türk dövlətlərinin Qızıl Aypara və Qırmızı XaçŞəbəkəsi rəhbərlərinin sayca ikinci iclası da təsdiqləyir.

Trend xəbər verirki, bunu bu gün Bakıda keçirilən TDT Qızıl Aypara Şəbəkəsirəhbərlərinin iclası çərçivəsində TDT baş katibi KurbanıçbekÖmüralıyev jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, TDT çərçivəsində əməkdaşlıq xarici siyasət,iqtisadiyyat, ticarət, idman və gənclər, kənd təsərrüfatı vətexnologiyalar da daxil olmaqla 45-dən çox istiqaməti əhatə etsədə, humanitar sahə əsas istiqamətlərdən birini təşkil edir.

Baş katib həmçinin qeyd edib ki, humanitar sahədə işlərfövqəladə hallar nazirlikləri xətti ilə həyata keçirilir.

“Ötən il Bişkekdə dövlət başçıları tərəfindən vətəndaş müdafiəsiüzrə əsas sahəvi sənəd qəbul olunub və imzalanıb. Bu saziş artıqratifikasiya edilib və tezliklə qüvvəyə minəcək. Qırmızı Xaç vəQızıl Aypara xətti ilə şəbəkənin yaradılması da bu istiqamətdəəməkdaşlığımızın davamıdır”, – deyə Ömüralıyev fikriniyekunlaşdırıb.

Seçilən
108
az.trend.az

1Mənbələr