AZ

Qırmızı Bazar və Sosa növbəti köç karvanları yola salındı

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb.

"Yeni Sabah" xəbər verir ki, Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 21 ailə (89 nəfər), Sos kəndinə isə 20 ailə (80 nəfər) köçürülür.

Bununla Qırmızı Bazar qəsəbəsinə köçürülən ailələrin sayı 51-ə (199 nəfər), Sos kəndinə qayıdan ailələrin sayı isə 40-a (169 nəfər) çatacaq.


Telegram kanalımız
Seçilən
98
7
yenisabah.az

10Mənbələr