AZ

Azərbaycanda bir sıra banklar açıq bankçılıq üzərindən həyata keçirilən ödənişlərə qoşulub VİDEO

Bakı, 19 noyabr, AZƏRTAC

Bank sektorunun inkişafı ilə əlaqədar Azərbaycanda bir sıra banklar açıq bankçılıq üzərindən həyata keçirilən ödənişlərə qoşulub.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov deyib.

O bildirib ki, artıq bir neçə bankın mobil tətbiqlərində açıq bankçılıq üzərindən işləyən xidmətlər mövcuddur. "Bu, əsasən, hesab və transaksiya məlumatlarını əhatə edir. Strategiyamızda olan yol xəritəsinə uyğun olaraq bankların sistemə qoşulması davam edir", - deyən V.Xəlilov nəzərə çatdırıb ki, maliyyə institutları kibertəhlükəsizlik qaydalarına uyğunlaşma prosesindədir. “Kibertəhlükəsizliklə bağlı bizim cari qaydalarımız, yanaşmamız var”, - deyə o əlavə edib.

AMB-nin sədr müavini vurğulayıb ki, Ani Ödənişlər Sistemi üzrə ödənişlər 25 dəfə artıb və bu sahədə ciddi yüksəliş qeydə alınır. “Ani Ödənişlər və AZQR standartı həm regionlarda, həm də Bakı üzrə nağdsız ödənişlərin genişlənməsinə, xərclərin azalmasına imkan verəcək. Bu isə həm vətəndaşların, həm də sahibkarların ödəniş xərclərini əhəmiyyətli dərəcədə azaltmağı nəzərdə tutur”, - deyə V.Xəlilov vurğulayıb.

 

 

Seçilən
62
1
azertag.az

2Mənbələr