ain.az, Idman.biz portalına istinadən məlumat verir.
Norveç milli komandası dünya çempionatının seçmə mərhələsində tarixi çıxışla diqqət çəkib və turnirə birbaşa vəsiqə əldə edib.
İdman.Biz xəbər verir ki, hücumçu Erliq Holand seçmə mərhələni 16 qolla ən yaxşı bombardir kimi tamamlayıb. Martin Odeqar isə 7 məhsuldar ötürmə ilə bütün komandaları geridə qoyaraq mərhələnin ən yaxşı asistentinə çevrilib.
Komandanın ümumi performansı ekspertlər tərəfindən “mükəmməl və balanslı futbol nümunəsi” kimi qiymətləndirilib.
Norveç yığmasının həm hücum xətti, həm də oyun strukturunda göstərdiyi dominant futbol komandanı DÇ-2026-nın potensial təhlükəli iştirakçılarından biri kimi göstərir. Mütəxəssislər hesab edir ki, norveçlilər qruplarda istənilən rəqib üçün ciddi problemlər yaradacaq.
Qeyd edək ki, Norveç 1998-ci ildən bəri ilk dəfə dünya çempionatına yüksəlməyi bacarıb.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.