AZ

Məşhur oteldə YANĞIN – 400 nəfər təxliyə edildi

“Radisson Blu Olympiyskiy” otelində yanğına görə 400 nəfər təxliyə edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvanın mərkəzində yerləşən “Radisson Blu Olympiyskiy” otelində güclü tüstülənmə baş verib. Hadisə binanın üçüncü mərtəbəsində qeydə alınıb.

İlkin məlumata görə, tüstünün səbəbi qısaqapanma ola bilər. Otel rəhbərliyi və fövqəladə xidmətlərin əməkdaşları 400 nəfəri təhlükəsiz şəkildə təxliyə edib.

Yanğının qarşısı qısa müddətdə alınıb, xəsarət alanların olmadığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
59
interpress.az

1Mənbələr